ASE Express şirkəti hər zaman olduğu kimi Lojistika sahəsində yüksək peşəkar və keyfiyyətli xidmət göstərərək Beynalxalq “Caspian European Club” klubunnun “İlin Nəqliyyat Şirkəti” mukafatına növbəti dəfə layiq görüldü.
Yuxarıda qeyd olunmuş Caspian European Club (Caspian Business Club) sıralarında dünyanın 70 ölkəsinin 5000-dən artıq şirkət və təşkilatını birləşdirən, Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin ərazisində fəaliyyət göstərən ən nəhəng və dinamik inkişaf edən regional təşkilatdır.
Caspian European Club (Caspian Business Club) 2002-ci ilin iyun ayında Caspian Energy International Media Group-un fəal iştirakı və Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə təsis edilib.
Yarandığı ilk gündən Caspian European Club-un (Caspian Business Club) sədri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevdir.